Azərbaycan-Avstriya matçının hakimləri bəlli oldu

Azərbaycan-Avstriya matçının hakimləri bəlli oldu
XƏBƏR 29 Sentyabr 2009 / 17:25 1714
-  A +

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da saat 19:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Avstriya oyununu idarə edəcək hakimlər bəlli olub. Məlumatı AFFA-nın rəsmi saytı yayıb.

Baş hakim: Meyr Levi
Baş hakimin köməkçiləri: Abed Alramili, Dvir Şimon
Dördüncü hakim: Moşe Buhbut
(Hakimlər briqadası İsraildəndir)
Hakim-inspektor: Livio Bazzoli (İtaliya)
UEFA nümayəndəsi: Yusuf Namoğlu (Türkiyə)


Son xəbərlər