Vaqif Sadıqov “Neftçi”nin yeni baş məşqçisi kimi ilk açıqlamanı verdi

XƏBƏR 29 Sentyabr 2009 / 15:09 1719
-  A +

“Neftçi” kimi komandanın baş məşqçisi olmaq çox şərəflidir. Bu vəzifəyə təyin olunduğuma görə şadam. Komandanın uğuru üçün əlimdən gələni edəcəyəm”. Qol.Az-ın müxbirilə söhbətində bu sözləri “Neftçi”nin yeni baş məşqçisi Vaqif Sadıqov deyib. Təcrübəli mütəxəssis “Neftçi”dən təklif aldığı zamanı da açıqlayıb: “Bu gün səhər saatlarında “Neftçi” klubunun rəhbərliyi ilə görüşdüm. Mənə təklifi irəli sürdülər və mən də razılaşdım. Köməkçilərimin kimliyi hələ məlum deyil. Bu suallara klub rəhbərliyi ilə ətraflı danışdıqdan sonra aydınlıq gələcək. Millidəki gələcək fəaliyyətim haqda da dəqiq söz deyə bilmərəm. Bütün bunlar danışıqlardan asılı olacaq”.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın