Vaqif Sadıqov "Neftçi"nin baş məşqçisi təyin olundu

ÖLKƏ FUTBOLU 29 Sentyabr 2009 / 14:32 2195
-  A +

Gözlənildiyi kimi, "Neftçİ"də baş məşqçi dəyişikliyi baş verib. Qol.Az-ın məlumatına görə, Böyükağa Ağayevi baş məşqçi postunda Vaqif Sadıqov əvəzləyib. Bu gün keçiriləcək mətbuat konfransında Sadıqov ictimaiyyətə təqdim olunacaq. 

Bununla da 14 ildən sonra Sadıqov doğma klubuna qayıtdı. 1995-ci ildə Vaqif Sadıqovun rəhbərliyi altında "Neftçi" ölkə kubokunu qazanıb. Həmin vaxt Kiprin "Apoel" klubuyla qarşılaşan "ağ-qaralar" səfərdə 0:3 hesabıyla məğlub olmuş, öz meydanında isə qolsuz heç-heçə oynamışdı.  

Xatırladaq ki, Böyükağa Ağayevin "Neftçi"dən getməsi xəbərini ilk dəfə olaraq Qol.Az yaymışdı.

 

Daha çox


Son xəbərlər