Qurban Qurbanov birinci oldu

XƏBƏR 29 Sentyabr 2009 / 13:19 1737
-  A +

Qol.Az saytı «Azərbaycan millisini kim çalışdırsın?» adlı rəy sorğusuna yekun vurub. Sorğunun ilk günündən «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov sonadək liderliyi qoruyub. 1515 nəfərin qatıldığı sorğunun yekun nəticəsi belə olub:

1. Qurban Qurbanov   563 səs (37.1%)
2. Ağasəlim Mircavadov   293 səs (19.3%)
3. Berti Foqts   286 səs (18.8%)
4. Coko Haciyevski   154 səs (10.1%)
5. Əhməd Ələsgərov   57 səs (3.76%)
6. Vaqif Sadıqov   55 səs (3.63%)
7. İqor Ponomaryov   47 səs (3.10%)
8. Karlos Alberto Torres   25 səs (1.65%)
9. Şahin Diniyev   19 səs (1.25%)
10. Əsgər Abdullayev   16 səs (1.05%)

Qol.Az saytı bildirir ki, internet sorğusunda sosioloji parametrləri gözləmək mümkün olmadığından və bir nəfərin bir neçə dəfə səs verməsinin qarşısını almaq üçün tətbiq edilən texniki məhdudiyyətlər şərti xarakter daşıdığından bu tipli sorğuların nəticələri həqiqi ictimai rəylə üst-üstə düşməyə bilər.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord