“Simurq” və Fariz Yusifovdan İlqar Quluzadəyə etiraz

“Simurq” və Fariz Yusifovdan İlqar Quluzadəyə etiraz
ÖLKƏ FUTBOLU 29 Sentyabr 2009 / 12:54 2216
-  A +

“Netçi” klubunun vitse-prezidenti İlqar Quluzadə son turda “Simurq”a məğlubiyyətə görə oyunun baş hakimi Fariz Yusifovu günahlandırıb. O, FİFA referisinin Zaqatala klubuna simpatiyası olduğunu deyib. Fariz Yusifov Qol.Az-ın müxbirilə söhbətində İlqar Quluzadənin fikirlərinə qısaca olaraq belə münasibət bildirib: “Mənim oyunu necə idarə etdiyimi hamı gördü. Başqa heç nə deyə bilmərəm”.
“Simurq”un prezidenti Zaur Məmmədov da  İ.Quluzadənin fikirlərinə münasibətini açıqlayıb: “İlqar Quluzadəylə münasibətlərimiz normaldır. Amma mən onun dediklərinə münasibət bildirmək istəməzdim. Çünki camaat hər şeyi gördü. Oyun televiziya vasitəsiylə də canlı yayımlanırdı. “Simurq”un necə qalib gəldiyinə hamı tamaşa edib”.
“Simurq”un rəhbəri “Neftçi”nin uğursuzluğunun səbəbini də açıqlayıb: “Vallah, mən başa düşə bilmirəm ki, İlqar Quluzadə niyə belə deyib? Bizim onunla münasibətlərimiz normaldır. Bu ittihamlar əsassızdır. İndi sabah “Simurq” uduzanda mən də durum deyim ki, filan hakim qələbə qazanmağımıza imkan vermədi?! Bu düzgün deyil axı. “Neftçi” yaxşı komandadır, güclü futbolçuları var. Amma hazırda başsızdırlar. Elə bil ki, komandanın yiyəsi yoxdur. Ona görə də bu cür uğursuz çıxış edirlər”. 

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı