“Simurq” və “İnter”in futbolçuları Avropa çempionuna qarşı

XƏBƏR 29 Sentyabr 2009 / 12:03 1826
-  A +

Latviya millisinin baş məşqçisi Aleksandr Starkov DÇ-2010-un seçmə mərhələsi çərçivəsində keçiriləcək oyunlara çağırdığı futbolçuların siyahısını elan edib. Qol.Az-ın məlumatına görə, 23 nəfərlik siyahıda Azərbaycan çempionatında çıxış edən 3 futbolçunun da adı daxil edilib. Söhbət "Simurq"un futbolçusu Gennadi Solonitsin və “İnter”lilər - Andrey Rubinslə Girts Karlsonsdan gedir. Futbolçular klubların düşərgəsinə oktyabrın 15-də dönəcəklər. Xatırladaq ki, Latviya millisi oktyabrın 10-da İraklionda keçmiş Avropa çempionu Yunanıstan, 4 gün sonra isə Riqada Moldova millisi ilə qarşılaşacaq.

 

 

Daha çox


Son xəbərlər