Ponomaryovun komandasl qalib gəldi və sonuncu pillədən qurtuldu

Ponomaryovun komandasl qalib gəldi və sonuncu pillədən qurtuldu
XƏBƏR 28 Sentyabr 2009 / 18:05 1744
-  A +

Həmyerlimiz Anatoli Ponomaryovun şərəfini qoruduğu “Vasalunds” İsveç çempionatının birinci divizionunda növbəti turun oyununu keçirib. Qol.Az-ın məlumatına görə doğma meydanda “Qvidinq” qəbul edən millimizin sabiq üzvünün komandası rəqibini 2:0 hesabı ilə məğlub edib. Anatoli yalnız qarşılaşmanın 90-cı dəqiqəsində Tomas Karlsonsun əvəzinə meydana daxil olub. Bu qələbə sayəsində xallarının sayını 26-a yüksəldən Ponomaryovun komandası sonuncu pilləni tərk etməyə nail olub. Hazırda “Vasalunds”onunla eyni xala malik  “Qvidinq”lə birlikdə turnir cədvəlində 13-14 yerləri bölüşür. Qeyd edək ki, İsveç çempionatının birinci divizionunda 16 komanda mübarizə aparır.


 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord