Bülənt Qorxmaz AFFA-nın siyasətinə qarşı çıxdı

Bülənt Qorxmaz AFFA-nın siyasətinə qarşı çıxdı
ÖLKƏ FUTBOLU 28 Sentyabr 2009 / 14:11 2179
-  A +

“Bakı” futbol klubu ilə yeni baş məşqçi Bülənt Qorxmaz arasında rəsmi müqavilə sabah bağlanacaq. Qol.Az-ın məlumatına görə, bu haqda türkiyəli mütəxəssisin özü “FoxTV”yə açıqlama verib. Lakin 41 yaşlı baş məşqçi müqaviləsinin müddəti və məbləği barədə danışmayıb. O, bildirib ki, anlaşmanın ertəsi günü – sentyabrın 30-da “Bakı”nı Türkiyənin Antalya şəhərinə 10 günlük təlim-məşq toplantısına aparacaq. Korkmaz Unibank Premyer Liqasında milli komandamızın 2010-cu il dünya çempionatının seçmə qrup mərhələsində Lixtenşteyn və Rusiya ilə keçirəcəyi oyunlarla əlaqədar 3 həftəlik fasilə verilməsinə qarşı çıxıb: “Çempionata Azərbaycan millisinin oyunları ilə əlaqədar 3 həftə fasilə veriblər. Başa düşmürəm, bu qədər fasilənin verilməsinin səbəbi nədir?”  Yeni baş məşqçi “Bakı”nın hazırkı heyətindən də razı qalmadığını vurğulayıb. Onun fikrincə, mövcud heyət çox da yaxşı deyil. Lakin o, Azərbaycanda çalışmaqdan məmnunluq duyduğunu bəyan edib.

Mənbə: lent.az

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın