Roman Pokora: “Hesab oyuna görə oldu”

Roman Pokora: “Hesab oyuna görə oldu”
XƏBƏR 27 Sentyabr 2009 / 20:54 2014
-  A +

"Bu gün nəticəyə oynayırdıq. "Neftçi" istənilən halda ilk altılığa oynayan komandadır. Onlardan xal almaq çətindi”. Bu sözləri bu gün UniBank Premyer Liqanın VI turu çərçivəsində səfərdə Bakının “Neftçi” klubuna qalib gələn Zaqatalanın “Simurq” klubunun baş məşqçisi Roman Pokora deyib. Ukraynalı mütəxəssis hesabın oyuna görə olduğunu bildirib: “Ötən mövsüm Zaqatalada keçirilən oyunda bizi asanlıqla məğlub etdilər. "Bakı" və "Qarabağ"a qalib gəldikdən sonra ölkənin ən köklü, ən populyar komandasına qarşı mübarizə apardıq və qalib gəldik. Məncə hesab oyuna görə oldu."

 


Son xəbərlər