Ağasəlim Mircavadov: “Hər şey məni qane etdi”

Ağasəlim Mircavadov: “Hər şey məni qane etdi”
XƏBƏR 26 Sentyabr 2009 / 21:25 1789
-  A +

"Komandanın bu gün göstərdiyi oyundan və alınan nəticədən razı qaldım. Bu gün hər şey məni qane etdi”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Muğan”la oyunsonrası mətbuat konfransında “Xəzər-Lənkəran”ın baş məşqçisi Ağasəlim Mircavadov deyib. Təcrübəli mütəxəssis uğurlu çıxışlarını bundan sonra da davam etdirəcəklərinə inandığını da bildirib: “Qarşıdakı oyunlarda da qələbə qazanaraq, azarkeşlərimizi yenə sevindirmək istəyirik. Bunun üçün çempionatda yaranacaq fasilədən səmərəli istifadə edib, Türkiyədə təlim-məşq toplanışı keçəcəyik."

 


Son xəbərlər