Ramiz Məmmədov "İnter”i “fair-play” qaydalarına əməl etməməkdə ittiham etdi

Ramiz Məmmədov "İnter”i “fair-play” qaydalarına əməl etməməkdə ittiham etdi
XƏBƏR 26 Sentyabr 2009 / 21:15 1879
-  A +

"Rəqibimiz çox güclü komandadı. Sonadək mübarizə apardılar. Bizim futbolçular da axıradək oynadılar. Məğlub olduğumuza təəssüflənirəm”. Qol.Az-ın məlumatına görə, bu sözləri “İnter”lə bu gün keçirilən VI tur matçından sonra “Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov deyib. O, eyni zamanda rəqib komandanı "fair-play" qaydalarına əməl etməməkdə ittiham edib: "İnter"li futbolçulara "fair-play" qaydalarına əməl etmədiklərinə görə iradımı bildirmək istəyirəm. Əgər rəqib komandanın futbolçusu zədələnibsə, topu meydandan çıxarmaq lazımdır."

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın