Namiz Süleymanov: “Bu gün meydanda yalnız “Qarabağ” oynayırdı”

XƏBƏR 26 Sentyabr 2009 / 18:17 1793
-  A +

“İlk növbədə Qurban müəllimi təbrik edirəm. Onlar bu gün layiqli qələbə qazandılar. Bu gün meydanda yalnız “Qarabağ” oynayırdı”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Qarabağ” la oyunsonrası mətbuat konfransında “Bakı”nın məşqçisi Nazim Süleymanov deyib. Təcrübəli mütəxəssis futbolçuların meydanda çox zəif təsir bağışladığını etiraf edib: “Komandada ciddi problemlər var. Məhz bu səbədəndir ki, çox zəif oynadıq. Oyunun gedişi göstərirdi ki, “Qarabağ” mütləq udmalıdı. Belə də oldu. Bu itirilən qızıl xalları gələcəkdə “Bakı” çox axtaracaq. Rəhbərliyə tşəkkür edirəm ki, onlar mənə belə dəstək verdilər. Amma təəssüf ki, bu etimadı doğruldub, onları qələbəylə sevindirə bilmədik”.


Son xəbərlər