Rusiyadakı səfirliyimiz: “Berti Foqtsun dedikləri axmaqlıqdır”

Rusiyadakı səfirliyimiz: “Berti Foqtsun dedikləri axmaqlıqdır”
ÖLKƏ FUTBOLU 26 Sentyabr 2009 / 12:56 2239
-  A +

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun Rusiya haqda fikirləri ölkəmizin bu ölkədəki səfirliyi tərəfindən etirazla qarşılanıb. Qol.Az Lent.az-a istinadən məlumat verir ki, səfirliyimizin 2-ci katibi Ramiz Quliyev Foqtsu kəskin tənqid edib.
R.Quliyev “vlasti.net” saytına açıqlamasında deyib: “Bu, axmaqlıq, cəfəngiyyatdır. Foqtsdan fərqli olaraq, mən azərbaycanlıyam. Mənim çoxlu rus dostlarım var. Tanış azərbaycanlılardan isə xanımı rus olanlar da mövcuddur”.
Azərbaycan millisi 2010-cu il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində oktyabrın 14-də Bakıda Rusiya millisini qəbul edəcək. Görüş öncəsi Foqts “superillu.de” saytına müsahibəsində bildirib ki, Rusiya Azərbaycanın siyasi dostları sırasına daxil deyil: “Azərbaycanda ruslara qarşı nifrət həddində inciklik var. Bu ölkə uzun illər ərzində rusların istismarını və zülmlərini hiss edib”.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın