“Qarabağ”la oyunöncəsi “Bakı” üçün paxlava qonaqlığı (FOTOSESSİYA)

XƏBƏR 25 Sentyabr 2009 / 19:38 2404
-  A +

Sabah Premyer Liqanın altıncı turu çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ”la qarşılaşacaq “Bakı” bu gün oyunun keçiriləcəyi arenada matçqabağı son məşqini keçib. Qol.Az-ın məlumatına görə, hazırlıq prosesinə futbolçuları məşqçi Asif Əliyev çıxarıb. Keçmiş baş məşqçi Coko Haciyevskinin köməkçiləri Çudomir Çakarov və Borçe Xristov stadionda olsalar da, hazırlıq prosesini kənardan izləyiblər.
Məşqdən qabaq “Bakı”nın icraçı direktoru Yaşar Seyidov, hazırlıq prosesinin sonunda isə Zeynal Məmmədov futbolçularla görüşərək, ayaqüstü söhbət edib. Klub rəsmisi oyunçulara sabahkı matçın məsuliyyətli olduğunu və komanda üçün böyük əhəmiyyət daşıdığını bildirib. Zeynal Məmmədov “Qarabağ”la qarşılaşmaya komandanı Nazim Süleymanovun çıxaracağını da sözlərinə əlavə edib. Sonda isə futbolçular paxlavaya qonaq edilib.
























Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord