Mübariz Mənsimov: “Beşiktaş”a görə əlimizi daşın altına da qoyarıq”

Mübariz Mənsimov: “Beşiktaş”a görə əlimizi daşın altına da qoyarıq”
XƏBƏR 25 Sentyabr 2009 / 15:57 1955
-  A +

“Palmali” Şirkətlər Qrupunun rəhbəri, “Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimov Türkiyənin “Beşiktaş” klubunun prezidentliyinə namizəd olan Murat Aksuyla görüşərək, onu dəstəklədiyini bildirib. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Mübariz Mənsimov Aksuyla görüşdə “Beşiktaş”ın uğuru üçün ona hər cür dəstək verməyə hazır olduğunu söyləyib: “Uğur qazanmaq üçün “Beşiktaş” ən yaxşı şəkildə idarə olunmalıdır. İdarə heyətində yer alacaq insanlar peşəkar olacağı halda maddi və mənəvi - hər cür dəstək verməyə hazıram. “Beşiktaş”a görə əlimizi daşın altına da qoyarıq. Klubun tez bir zamanda uğursuzluğa son qoymasına arzulayırıq”.

 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki