Mixail Zaytsev yenidən Azərbaycan millisində

Mixail Zaytsev yenidən Azərbaycan millisində
XƏBƏR 25 Sentyabr 2009 / 15:23 2040
-  A +

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Bakıda Avstriya millisini qəbul edəcək 21 yaşadək futbolçulardan ibarət milli komandanın heyəti açıqlanıb. U-21-in heyətinə bir müddət əvvəl əsas milli komandamıza namizəd olan dağıstanlı Mixail Zaytsevin dəvət alması maraq doğurur. Qol.Az-a AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumata görə, oktyabrın 1-dən 10-na qədər Bakıda təlim-məşq toplanışında iştirak edəcək U-21-in heyətinə aşağıdakı futbolçular çağırılıblar:

Aqil Məmmədov, Elçin Sadıqov, Osman Umarov, Tural Nərimanov, Nodar Məmmədov, Novruz Məmmədov, Vurğun Hüseynov, Fərrux Rəhimov, Emin Cəfərquliyev, Mixail Zaytsev, Emin Mustafayev, Eşqin Quliyev, Qeyrət Əliyev, Pərvin Paşayev, Natiq Kərimi, Əfran İsmayılov, Hüseyn Axundov, Bəxtiyar Soltanov, Taqim Novruzov, Nizami Hacıyev, Cavid Rəhimov, Səbuhi İsmayılov

 


Son xəbərlər