"Neftçi"nin futbolçusu Bülənt Qorxmazı təriflədi

"Neftçi"nin futbolçusu Bülənt Qorxmazı təriflədi
XƏBƏR 25 Sentyabr 2009 / 15:10 1905
-  A +

“Bülənt Qorxmazın Azərbaycana gəlişi çox gözəl oldu. Düşünürəm ki, Qorxmaz həm “Bakı”, həm də ümumiyyətlə,  Azərbaycan futboluna böyük fayda verəcək. Onu geniş təqdim etməyə ehtiyac yoxdur. Təkcə bir faktı deyək ki, o,  UEFA kubokunun qalibi olan bir komandanın kapitan sarğısını daşıyıb. 15 il “Qalatasaray” kimi klubun şərəfini qoruyub. Bundan başqa 20 il Türkiyə millisinin kapitanı olub”. Bu sözləri Qol.Az-a açıqlamasında Bülənt Qorxmazın “Bakı”nın baş məşqçisi olmasına münasibət bildirən “Neftçi”nin türkiyəli müdafiəçisi Suat Usta deyib. Sabiq “Qalatasaray”lı keçmiş komanda yoldaşının xarakteri haqqında da danışıb: “Büləntlə “Qalatasaray”da çiyin-çiyinə oynamışam. Onu çox yaxından tanıyan insan kimi deyə bilərəm ki, Qorxmaz meydanda tamam başqa, ondan kənarda isə tamam başqa xarakterli insandır. Bülənti bir kəlmə ilə belə xarakterizə edərdim: o futbolçu kimi güclü olduğu kimi, insan kimi də gözəl insandır”.


Son xəbərlər