Bülənt Qorxmaz: “Qarabağ”la oyunu tribunadan izləyəcəyəm”

Bülənt Qorxmaz: “Qarabağ”la oyunu tribunadan izləyəcəyəm”
ÖLKƏ FUTBOLU 25 Sentyabr 2009 / 14:30 2205
-  A +

“Hazırda yoldayam, ailəmlə birgə İstanbula qayıdıram. Bu gün axşam saatlarında menecerimlə görüşəcəyəm”. Qol.Az-ın müxbirilə söhbətində bu sözləri “Bakı”nın yeni baş məşqçisi Bülənt Qorxmaz deyib. Türkiyəli mütəxəssis bildirib ki, ölkəmizə bu gün deyil, sabah gələcək: “Menecerim mənə müqavilənin şərtləri haqda ətraflı məlumat verəcək. Bu gün çətin ki, Azərbaycana gələ bilim. Sabah gələcəyəm. Komandanın “Qarabağ”la sabahkı matçı haqda məlumatım var. Amma mən həmin oyunu tribunadan izləyəcəyəm”.   
  

Daha çox


Son xəbərlər