Bülənt Qormazın “Bakı”ya gəlişi Türkiyədə böyük əks-səda doğurdu

Bülənt Qormazın “Bakı”ya gəlişi Türkiyədə böyük əks-səda doğurdu
XƏBƏR 25 Sentyabr 2009 / 13:10 2257
-  A +

Türkiyə millisinin və “Qalatasaray”ın keçmiş kapitanı, İstanbul klubunun sabiq baş məşqçisi, qardaş ölkə futbolunun canlı əfsanəsi Bülənt Qorxmazın “Bakı”ya baş məşqçi təyin olunması Türkiyədə böyük əks-səda doğurub. Qol.Az-ın məlumatına görə, qardaş ölkədə bu gün əksər nüfuzlu mətbuat orqanları və televiziya kanalları bu xəbərə böyük yer veriblər.
“TRT-1” kanalı Qorxmazın bu gün paytaxtımıza gələcəyini və “Bakı”yla mövsümün sonunadək müqavilə imzalayacağının qeyd edib.
Eyni zamanda nüfuzlu “Milliyət, “Zaman” qəzetləri, eləcə də “haberturk”, “superx”, “htspor” portalları Qorxmazın ölkəmizdə çalşmasına geniş yer ayırıblar.

Daha çox


Son xəbərlər