Kamal Alispahiç: “Xəzər-Lənkəran” güclü komandadır, amma...”

Kamal Alispahiç: “Xəzər-Lənkəran” güclü komandadır, amma...”
XƏBƏR 25 Sentyabr 2009 / 12:02 1758
-  A +

“Hələ ki, hər şey biz istəyən kimi gedir. Uğurlu seriyanı Lənkəranda da davam etdirmək istəyirik. Buna nail olub-olmayacağımızı həftəsonu görəcəyik”. Qol.Az-ın məlumatına görə, bu sözləri VI turda Lənkəranda “Xəzər-Lənkəran”la üz-üzə gələcək Salyanın “Muğan” klubunun bosniyalı baş məşqçisi Kamal Alispahiç deyib. O, rəqibin güclü komanda olduğunu da etiraf edib: “Xəzər-Lənkəran” güclü komandadır, amma bu, o demək deyil ki, onlar bizi asanlıqla məğlub edəcəklər. Xeyr, əksinə, lənkəranlıların işi çətin olacaq. Məqsədimiz minimum 1 xalla geri dönməkdir. İnanıram ki, buna nail olacağıq”.  

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı