“Bakı” ilə görüşün qəhrəmanı “Neftçi”yə qarşı oynamayacaq

XƏBƏR 25 Sentyabr 2009 / 11:34 1688
-  A +

"Simurq" "Neftçi" ilə qarşılaşmanın hazırlıqlarını davam etdirir. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, bu gündən etibarən birdəfəlik məşqlərə keçən komandanın düşərgəsində daha bir itki baş verib. Son oyunlarda yaxşı təsir bağışlayan və "Bakı" ilə görüşdə qələbə qoluna imza atan Ruslan Qunçak dünənki məşqdən kənarda qalıb. Sağ ayağının arxa baldır əzələsini dartan futbolçu həkim müayinəsindən keçir. Qunçak "Neftçi" ilə qarşıdakı oyunu buraxacaq. "Simurq"un kapitanı Aleksandr Malıginlə hücumçu Elşən Məmmədov da artıq 3 gündür yalnız yüngül qaçışla kifayətlənirlər. Onların meydançaya çıxmaq ehtimalı olduqca aşağıdır.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord