“Pulumuzu qaytarın, biletə o qədər pul ödəmişik”

XƏBƏR 25 Sentyabr 2009 / 11:29 1867
-  A +

“Bilirəm ki, komandaya böyük ümidlərlə transfer olunmuşam. Amma hələ gözləniləni verə bilmirəm. Bunun müxtəlif səbəbləri var, lakin hər şey özümdən asılıdır. Forvarddan tələb olunan yeganə iş qol vurmaqdır. Əgər bunu edə bilmirsənsə, hansı ümidləri doğrultmaqdan söhbət gedə bilər?” Qol.Az-ın məlumatına görə, bu sözləri “Simurq”un hücumçusu Andrey Şeryakov klubun rəsmi internet saytına verdiyi açıqlamada deyib. Şeryakov azərbaycanlı və belaruslu azarkeşləri də müqayisə edib: "Qarabağ"la görüşdə zərbəm dirəkdən döndü. Düzdür, Sergey Artyux dərhal topu qapıdan keçirdi. Hücumçu gərək top xətti keçməmiş onu heç vaxt qapıda görməsin. Mən isə vaxtından əvvəl topu qapıda gördüm, buna görə də fərqlənə bilmədim. Bizim üçün hər şeydən önəmli məhz komandanın qələbəsidir. Bununla belə, komandaya tam uyğunlaşandan sonra çalışacam ki, qolları sıralayım. "Simurq" bir az fərqli futbol sərgiləyir və öyrəşmək üçün vaxta ehtiyacım var. Son turlar yaxşı sürət yığmışıq. Dayanmaq olmaz, bütün görüşlərdə qələbə qazanmağa çalışmalı, azarkeşləri sevindirməliyik. Yeri gəlmişkən, şəxsi müşahidələrimə əsasən deyə bilərəm ki, zaqatalalı azarkeşlər belaruslu fanatlardan fərqlənirlər. Onlar çox mədənidirlər, futbolçulara yaxşı davranırlar. Məsələn, Belarusda komanda pis oynayanda azarkeşlər "pulumuzu qaytarın", "biletə o qədər pul ödəmişik" deyə qışqırırlar. Burada isə fanatlar insana sona qədər dəstək olmağa çalışırlar".


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord