“Standard”: “Bakı”nın baş məşqçiləri üçün son dayanacaq

“Standard”: “Bakı”nın baş məşqçiləri üçün son dayanacaq
XƏBƏR 24 Sentyabr 2009 / 21:54 1952
-  A +

Coko Haciyevskinin “Bakı”nın baş məşqçi postundan gedişiylə cari mövsümdə Premyer Liqanın ikinci baş məşqçi istefası reallaşdı. “Standard”la oyun Haciyevski üçün son matç oldu. Qol.Az-ın məlumatına görə, “Standard” klubu “Bakı”nın baş məşqçiləri üçün uğursuz komandaya çevrilib. Maraqlıdır ki, “zolaqlılar”ın keçmiş baş məşqçisi Böyükağa Hacıyev də “Bakı”nın baş məşqçisi qismində sonuncu matçını məhz “Standard”a qarşı keçirmişdi. İki il əvvəl ölkə çempionatının dördüncü oyununda sonra Hacıyev postundan ayrılmışdı. Göründüyü kimi, indi də eyni aqibəti Haciyevski yaşadı. Həm Hacıyev, həm də Haciyevskinin “Bakı” klubunun baş məşqçisi qismində “Standard”a qarşı keçirdikləri sonuncu oyun heç-heçə başa çatıb. İki il əvvəl 1:1 hesabı qeydə alınmışdısa, budəfəki oyunda qapılara qol vurulmadı. 


Son xəbərlər