Millimiz Kipri “top atəşi”nə tutdu

XƏBƏR 24 Sentyabr 2009 / 18:06 1724
-  A +

Bu gün 19 yaşadək qızlar arasında Bakıda Avropa çempionatının I seçmə qrup mərhələsi çərçivəsində X qrupun son oyunları keçirilib. Qol.Az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda Kipr millisiylə qarşılaşan Azərbaycan milli komandası rəqibini “top atəşi”nə tutub. Qızlarımız rəqib qapısından 8 cavabsız top keçirib. Bununla da milli komandamız 6 xalla seçmə mərhələni ikinci yerdə başa vurub.


Son xəbərlər