“Neftçi”nin iki futbolçusu milliyə dəvət aldı

XƏBƏR 24 Sentyabr 2009 / 16:35 1787
-  A +

“Neftçi”nin üzvləri Dmitri Kruqlovla Taavi Rahn yenidən Estoniya millisinin formasını geyinəcəklər. Qol.Az-ın paytaxt klubunun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, hər iki müdafiəçi milli komandanın heyətində Bosniya və Belçika milliləri ilə keçiriləcək Dünya Çempionatının seçmə mərhələ oyunlarına dəvət olunub. Estonlar Tallin şəhərində oktyabrın 10-da bosniyalıları, 14-də isə belçikalıları qəbul edəcəklər. Kruqlovla Rahn gələn ayın 7-də Estoniya milli komandasının düşərgəsinə yollanacaqlar.

Daha çox


Son xəbərlər