Rəşad Sadıqov millinin heyətindən çıxarıldı

ÖLKƏ FUTBOLU 24 Sentyabr 2009 / 14:15 2162
-  A +

Milli komandamızın heyətində dəyişiklik baş verib. Qol.Az-a AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Deparatmentindən verilən məlumata görə, Rəşad Sadıqov zədələndiyi üçün millinin heyətindən çıxarılıb. Onun əvəzinə milli komandaya “Neftçi” klubunun futbolçusu Elmar Baxşıyev dəvət olunub.
Qol.Az-ın əldə etdiyi məlumata görə, Sadıqov bu gün həkim müayinəsindən keçib və məlum olub ki, təcrübəli futbolçunun zədəsi ciddidi. Bu səbəbdən o 4 həftə yaşıl meydanlardan kənarda qalacaq. Xatırladaq ki, Sadıqov dünən Premyer Liqanın ikinci turundan təxirə salınan matçda - “Qəbələ”yə qarşı görüşdə meydana çıxsa da, ayağında ağrılar hiss edib və buna görə də artıq 15-ci dəqiqədə əvəzlənib.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı