Azərbaycan - Rusiya oyunu AVRO-2008-in ən gənc baş hakiminə tapşırıldı (FOTO)

Azərbaycan - Rusiya oyunu AVRO-2008-in ən gənc baş hakiminə tapşırıldı (FOTO)
XƏBƏR 24 Sentyabr 2009 / 13:12 1925
-  A +

Dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 14-də Bakıda keçiriləcək Azərbaycan - Rusiya oyununu idarə edəcək hakimlər müəyyənləşib. Qol.Az-ın “Sport-Ekspress”ə istinadən verdiyi məlumata görə, qarşılaşmanı ingiltərəli hakim Houard Uebb idarə edəcək. 38 yaşlı Uebb 2005-ci ildən beynəlxalq oyunlara təyinat alır. Sonuncu Avropa çempionatının iştirakçısı olub. Maraqlıdır ki, ingiltərəli referi 4 il ərzində nə millimizin, nə Rusiya milli komandasının oyununa təyinat alıb.
Hovard Uebb 1971-ci ilin 14 iyulunda anadan olub. Boyu 185 sm, çəkisi 85 kq-dır. 2000-ci ildən Premyer Liqanın oyunlarının idarə edir. FİFA referisi kimi ilk matçını 2005-ci il noyabrın 15-də keçirib. O Şimali İrlandiya - Portuqaliya matçına təyinat alıb. Uebb Avro-2008-də iştirak edən ən gənc baş hakimdir. 


Son xəbərlər