Azad Rəhimov: “İş adamlarını, digər bankları Unibankdan örnək götürməyə çağırıram”

Azad Rəhimov: “İş adamlarını, digər bankları Unibankdan örnək götürməyə çağırıram”
XƏBƏR 24 Sentyabr 2009 / 12:51 1793
-  A +

Gənclər və idman naziri Azad Rəhimov digər bankları, iş adamlarını da Unibankdan örnək götürməyə çağırıb. Qol.Az-ın məlumatına görə, Azad Rəhimov PFL-lə Unibank arasında sponsorluq müqaviləsi imzalanmasını böyük addım kimi dəyərləndirib: “Belə bir müqavilə imzalanacağı barədə eşidəndə çox şad oldum. Bu cür müqavilər futbolumuzun inkişafına kömək olacaq. Mən bunu böyük addım kimi dəyərləndirərdim. Eyni zamanda iş adamlarını, eləcə də digər bankları Unibankdan örnək götürməyə çağırıram. İnanıram ki, bu cür işlər həyata nə qədər çox keçirilsə, futbolumuz da bir o qədər tez inkişaf edər”. 

 


Son xəbərlər