“Xəzər Lənkəran” Türkiyəyə yollanır

XƏBƏR 24 Sentyabr 2009 / 12:01 1667
-  A +

“Xəzər Lənkəran” dünya çempionatının seçmə oyunları ilə əlaqədar daxili turnirlərdə yaranacaq fasilə müddətində Türkiyəyə yollanacaq və oktyabrın 1-11 aralığında Antalyada təlim-məşq toplanışı keçəcək.

Qol.Az-ın məlumatına görə, komandann rəisi Səməd Mustafayev klubun rəsmi saytına bildirib ki, “Xəzər Lənkəran” Antalyada dörd futbol meydançası olan Adora Golf Resort Hotel-də məskunlaşacaq. Baş məşqçi Ağasəlim Mircavadovun planına əsasən “ağ-yaşıllar” toplanışın gedişində üç sınaq matçında qüvvələrini sınayacaqlar ki, rəqiblər arasında Türkiyə Superliqasının iştirakçısı – “Antalyaspor”un olacağı dəqiqdi.

“Xəzər Lənkəran” sentyabrın 26-da Premyer-liqanın VI turunda “Muğan”la qarşılaşdıqdan sonra futbolçular qısamüddətli məzuniyyətə buraxılacaqlar. Daha sonra komanda yenidən toplanaraq oktyabrın 1-də səhər tezdən Türkiyəyə yollanacaq. Bu toplanışda milli komandamıza dəvət almış Kamran Ağayev, Rahid Əmirquliyev, Kazım Kazımlıyla (U-19) yanaşı Moldova millisinə çağrılmış Denis Kalinkov qatıla bilməyəcəklər.

Ağasəlim Mircavadovun sözlərinə görə, toplanışın keçirilməsində əsas məqsəd futbolçuların oyun praktikasını itirməmələrini təmin etməkdir.


Son xəbərlər