Coko Haciyevski: “Feliks məşqlərdə özünü qeyri-ciddi aparır”

Coko Haciyevski: “Feliks məşqlərdə özünü qeyri-ciddi aparır”
ÖLKƏ FUTBOLU 24 Sentyabr 2009 / 11:40 2262
-  A +

“Feliksin heç bir zədəsi yoxdur. O komandayla birgə məşqlərdə iştirak edir”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri “Bakı”nın baş məşqçisi Coko Haciyevski deyib. Makedoniyalı mütəxəssis braziliyalı hücumçunun son 3 oyunda meydana çıxmamasının səbəbini belə izah etdi: “Sadəcə olaraq, Feliks məşqlərdə özünü yaxşı aparmır. Onun davranışı mənim ürəyimcə deyil. Nə qədər ki, o məşqlərdə özünü qeyri-ciddi aparacaq, bir o qədər də ehtiyatda qalacaq. Növbəti oyunlarda forma geyməsi özündən asılıdır”.
  

Daha çox


Son xəbərlər