Ukrayna millisinin sabiq üzvü: “Azərbaycanda futbolçuya yaxşı pul verirlər”

XƏBƏR 23 Sentyabr 2009 / 21:25 2057
-  A +

“Belçikada yaşadığıma və futbol oynadığıma görə, çox xoşbəxtəm. Burada özümü əla hiss edirəm. Hər şey ürəyimcədir. Oynadığım klub iddialıdır, yaşadığım şəhər də gözəldir”. Qol.Az-ın məlumatına görə, bu sözləri Ukrayna mətbuatına müsahibəsində Ukrayna milli komandasının sabiq üzvü, hazırda Belçikanın “Brügge” klubunun şərəfini qoruyan Sergey Serebrennikov deyib. O, müsahibə zamanı ölkəmizin də adını çəkib: “Belçikada yaşamağıma və futbol oynamağıma baxmayaraq Ukrayna vətəndaşı olduğumu da unutmuram. Öz ölkəmə də baş çəkirəm. O vaxtı Rusiya pasportunu Ukrayna pasportuna dəyişdiyimə də peşman deyiləm. Çünki bu, mənə milli komanda səviyyəsində də oynamaq şansı verdi. Bildiyiniz kimi 2006-cı ildə dünya çempionatından əvvəl Azərbaycan milli komandası ilə keçirilən yoldaşlıq görüşündə Ukrayna milli komandasının formasını geyinmişdim. Bu arada qeyd edim ki, Azərbaycanda olduğum müddətdə bu ölkənin futbolu ilə də maraqlanmışdım və deyə bilərəm ki, orada da futbolçuya yaxşı pul verirlər”.


Son xəbərlər