Rəşad Sadıqova nə oldu?

Rəşad Sadıqova nə oldu?
ÖLKƏ FUTBOLU 23 Sentyabr 2009 / 19:49 2171
-  A +

41 gündən sonra yaşıl meydana qayıdan Rəşad Sadıqovun dönüşü uğursuz alınıb. Millimizin kapitanı “Qəbələ”ylə matçda yalnız 15 dəqiqə meydanda olub. Ayağında yenidən ağrılar hiss etdiyinə görə, baş məşqçi Qurban Qurbanov Sadıqovu əvəzləmək məcburiyyətində qalıb. Futbolçunun durumuna sabah aydınlıq gələcək. Bu haqda Qol.Az-a Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib: “Sabah Rəşad həkim müayinəsindən keçəcək. Məhz bundan sonra futbolçunun durumuna tam olaraq aydınlıq gələcək”.
Xatırladaq ki, “Qəbələ”ylə matçda Sadıqov 10 aydan sonra yenidən Azərbaycan Premyer Liqasının oyunu çərçivəsində meydana çıxmışdı. 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord