Mircavadov Foqtsu qabaqlayır

XƏBƏR 23 Sentyabr 2009 / 11:21 1774
-  A +

Qol.Az saytı «Azərbaycan millisini kim çalışdırsın?» adlı rəy sorğusunu davam etdirir. Sorğunun ilk günündən «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov liderliyi qorumaqdadır. 1178 nəfərin qatıldığı sorğunun bu gün saat 11.15-ə olan nəticələri belədir:

Qurban Qurbanov   440 səs (37.3%)
Ağasəlim Mircavadov   218 səs (18.5%)
Berti Foqts   216 səs (18.3%)
Coko Haciyevski   129 səs (10.9%)
Əhməd Ələsgərov   45 səs (3.82%)
Vaqif Sadıqov   41 səs (3.48%)
İqor Ponomaryov   38 səs (3.22%)
Karlos Alberto Torres   23 səs (1.95%)
Şahin Diniyev   15 səs (1.27%)
Əsgər Abdullayev   13 səs (1.10%)

Qol.Az saytı bildirir ki, internet sorğusunda sosioloji parametrləri gözləmək mümkün olmadığından və bir nəfərin bir neçə dəfə səs verməsinin qarşısını almaq üçün tətbiq edilən texniki məhdudiyyətlər şərti xarakter daşıdığından bu tipli sorğuların nəticələri həqiqi ictimai rəylə üst-üstə düşməyə bilər.

 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord