“Bakı” beşinci dəfə “Standard”a qarşı

“Bakı” beşinci dəfə “Standard”a qarşı
XƏBƏR 22 Sentyabr 2009 / 18:22 1763
-  A +

Sabah Premyer Liqanın ikinci turundan təxirə salınmış oyunda “Standard”la qarşılaşacaq “Bakı” tarixi ərzində rəqibinə qarşı beşinci oyununa çıxacaq. Qol.Az-ın məlumatına görə, komandalar bu günə qədər 4 dəfə qarşılaşıblar. Tərəflər arasındakı ilk oyun 2007-ci ilin sentyabrında İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutub. 1:1 hesabıyla başa çatan həmin oyunda “zolaqlılar”ın yeganə qoluna sonradan məhz “Standard”ın şərəfini qoruyan İsrael Rodriges vurub. Həmin oyun həm də “Bakı”nın keçmiş baş məşqçisi Böyükağa Hacıyevin sonuncu oyunu kimi yaddaşlarda qalıb. 2007/08 mövsümün cavab oyunda isə "Standard" səfərdə çıxış etməsinə baxmayaraq, 1:0 hesablı qələbə qazana bilib.

Ötən mövsüm (2008-2009) komandalar daha 2 dəfə qarşı-qarşıya gəliblər. Hər iki oyunda "Bakı" meydanı qalib kimi tərk edib. Birinci dövrə oyununda (18 oktyabr 2008) 2:0 hesablı qalibiyyət qeydə alınıb. İkinci dövrə qarşılaşması da (11 aprel 2009) da "Bakı"nın qələbəsi ilə tarixi düşüb - 2:1.
Beləliklə, "Bakı" "Standard"a qarşı keçirdiyi 4 oyunun ikisində qalib gəlib, bir oyun bərabərliklə tamamlanıb, bir oyunda isə məğlub olub. Topların fərqi çempionun xeyrinədir - 5:3.


Son xəbərlər