Kristian Muscalu: “Bakı”nın heyətində meydana çıxacağım günü səbirsizliklə gözləyirəm”

Kristian Muscalu: “Bakı”nın heyətində meydana çıxacağım günü səbirsizliklə gözləyirəm”
XƏBƏR 22 Sentyabr 2009 / 15:40 1852
-  A +

“Bakı”nın yay “transfer pəncərəsi”ndə transfer etdiyi ən gənc oyunçu olan Kristian Muscalu hələ də yeni komandasının heyətində rəsmi debüt edə bilməyib. Qol.Az-ın məlumatına görə, əvvəlcə zədədən əziyyət çəkən rumıniyalı futbolçu daha sonra qripə yoluxduğundan komandasına kömək edə bilmirdi. Lakin hazırda gənc oyunçu özünü yaxşı hiss edir. Bu haqda açıqlama verən Muskalu deyib: “Hazırda özümü yaxşı hiss edirəm. Oynamağa gücüm var. “Bakı”nın heyətində meydana çıxacağım günü səbirsizliklə gözləyirəm”.
Yüksək sürətə malik olan yarımmüdafiəçi həm sağ, həm də sol cinahda çıxış etməyi bacarır. Xatırladaq ki, Muscalu “Bakı”ya Bosniya və Hersoqovinanın "Sparta" klubundan transfer olunub.


Son xəbərlər