AFFA “Qarabağ”a sanksiya tətbiq edə bilər

AFFA “Qarabağ”a sanksiya tətbiq edə bilər
ÖLKƏ FUTBOLU 22 Sentyabr 2009 / 13:46 1993
-  A +

AFFA-nın İntizam Komitəsi Premyer Liqanın V turunda keçirilən “Simurq” - “Qarabağ” oyununda yaşananlarla bağlı qərar çıxarıb. Qurum oyunun 72-ci dəqiqəsində hakimləri təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün “Qarabağ” klubunun inzibatçısı İlqar Əmirovu dörd oyunluq cəzalandırıb, klubu isə dörd min manat cərimə edib. Oyun başa çatdıqdan sonra “Qarabağ” komandasının ehtiyat oyunçularının texniki zonadakı oturacaqları və soyunub-geyinmə otağının qapısını sındırıblar. Bu səbəbdən “Qarabağ” klubu qarşı tərəfə dəyən maddi ziyanı növbəti beş gün ərzində ödəməli və İntizam Komitəsinə yazılı surətdə məlumat verməlidir. Təkrar hadisə baş verərsə, “Qarabağ” klubuna qarşı ciddi sanksiyalar təqbiq ediləcək.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın