“Simurq” “Neftçi” önünə itkiylə çıxacaq?

XƏBƏR 22 Sentyabr 2009 / 13:45 1741
-  A +

“Qarabağ” üzərində qələbədən sonra bir günlük istirahətə yollanan “Simurq”un futbolçuları bu gündən etibarən “Neftçi”ylə oyunun hazırlıqlarına start verib. Lakin komandanın kapitanı Aleksandr Malıginin durumu qeyri-müəyyəndir. Qol.Az-aın məlumatına görə, “Qarabağ”la qarşılaşmada qasıq nahiyəsində aldığı zədəni yeniləyən və son 15 dəqiqəni ağrılara dözərək keçirən kapitan Aleksandr Malıgin ciddi həkim müayinəsindən keçəcək. Futbolçu ayağında ağrılar hiss edir. Malıginin “Neftçi”yə qarşı oynayıb-oynamayacağı hələ ki bilinmir. 

 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı