Vadim Borets: “Tilsim qırıldı, növbəti oyunlarda daha baxımlı oynayacağıq”

Vadim Borets: “Tilsim qırıldı, növbəti oyunlarda daha baxımlı oynayacağıq”
XƏBƏR 22 Sentyabr 2009 / 11:44 2172
-  A +

“Əsas vəzifə “Olimpik Şüvəlan”la oyunda 3 xal qazanmaq idi. Sevinirəm ki, bunu bacardıq”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Olimpik-Şüvəlan”la oyun haqda danışarkən “Bakı”nın üzvü Vadim Borets klubun rəsmi internet saytına verdiyi açıqlamada deyib. Moldovalı futbolçu oyunun ağır keçdiyini bildirib: “Yaxşı oynadığımızı söyləyə bilmərəm. Birinci hissədə oyuna nəzarət edirdik, ikinci hissəyə də pis başlamadıq. Qoldan sonra isə diqqəti müdafiəyə yönəltdik. Müdafiə xəttimiz və qapıçımız Marko Şarliya etibarlı oynadılar. Ümumiyyətlə, oyun ağır keçdi. Tədricən, yaxşı forma yığacağımıza inanıram, psixoloji gərginlik aradan qalxmaqdadır”.
Təcrübəli oyunçu sabah “Standard”a qarşı keçiriləcək matç haqda da fikirlərini bölüşüb: “Avrokuboklardan sonra ilk qələbəmizi qazandıq. Artıq tilsim qırıldı, növbəti oyunlarda daha baxımlı və maraqlı futbol oynamağa çalışacağıq. "Standard"la oyuna gəldikdə isə, onlar da mövsümə pis başlayıblar. Bu səbəbdən "Standard"la oyunun çətin keçəcəyini düşünürəm, çünki sumqayıtlılar da "qara zolaq"dan çıxmağa çalışırlar".   

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı