“Xəzər-Lənkəran” - “Bakı” oyununun tarixi məlum oldu

“Xəzər-Lənkəran” - “Bakı” oyununun tarixi məlum oldu
ÖLKƏ FUTBOLU 22 Sentyabr 2009 / 11:19 2276
-  A +

Premyer Liqanın birinci turu çərçivəsində keçirilməli olan, lakin müxtəlif səbəblərdən artıq iki dəfə təxirə salınan “Xəzər-Lənkəran” - “Bakı” oyununun keçirilmə tarixi məlum olub. Qol.Az-ın əldə etdiyi məlumata görə, qarşılaşma noyabrın 25-də keçiriləcək. PFL artıq bu haqda qərar qəbul etsə də, oyunun keçirilmə tarixi hələ ki ictimaiyyətə açıqlanmır.
Bu qərardan sonra məlum olub ki, “Xəzər-Lənkəran”la “Bakı” 4 gün ərzində iki dəfə qarşılaşacaqlar. Noyabrın 28-də komandalar Tofiq Bəhramov adına Respublika stadionunda ikinci dövrənin ilk turu çərçivəsində görüşəcəklər.    

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi