Qızlarımız Ukraynanı məğlub etdi

Qızlarımız Ukraynanı məğlub etdi
XƏBƏR 21 Sentyabr 2009 / 20:50 1730
-  A +

19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələ oyunları davam edir. Qol.Az-ın məlumatına görə, ilk oyunda ispaniyalı həmyaşıdlarına uduzan qızlarımız bu gün  Tofiq Bəhramov adına Respublika stadionunda ikinci oyununa çıxıb. Rəqib isə Ukrayna komandası olub. Qızlarımız bu dəfə meydanı qələbə ilə tərk ediblər. Komandamız Anna Atayevanının 5-ci dəqiqədə vurduğu yeganə qol sayəsində 1:0 hesabı ilə qalib gəlib.


Son xəbərlər