Milli komandamız “Milan”la qarşılaşacaq

Milli komandamız “Milan”la qarşılaşacaq
XƏBƏR 21 Sentyabr 2009 / 16:20 1949
-  A +

İtaliyada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq prosesi çərçivəsində sentyabrın 23-də «Milan» klubunun nəzdindəki həmyaşıdlarından ibarət komanda ilə yoldaşlıq oyunu keçirəcək. Qol.Az-ın AFFA-nın rısmi internet saytına istinadən verdiyi məlumata görə, qarşılaşma Bakı vaxti ilə saat 19:00-da başlanacaq.
Xatırladaq ki, yığmamız sentyabrın 17-də «Yuventus», sentyabrın 20-də isə «Breşiya» klubundan olan həmyaşıdlarını müvafiq olaraq 4:3 və 3:1 hesabı ilə məğlubiyyətə uğradıb.

 

 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki