Ramal Hüseynov yenə ozündən çıxdı: “Xaqani Məmmədov, bunları görmürsən?!”

Ramal Hüseynov yenə ozündən çıxdı: “Xaqani Məmmədov, bunları görmürsən?!”
ÖLKƏ FUTBOLU 21 Sentyabr 2009 / 12:11 2225
-  A +

Azərbaycan Premyer Liqasının V turu çərçivəsində Sumqayıtda keçirilən “Standard” - “Neftçi” qarşılaşması zamanı maraqlı hadisə yaşanıb. Qol.Az-ın məlumatına görə, görüşün 50-ci dəqiqəsində ikinci “sarı vərəqə”ni alaraq meydandan qovulan sumqayıtlıların yarımmüdafiəçisi Ramal Hüseynov yenə öz çılğınlığından əl çəkməyib. Öncə hirsini meydançanın giriş qapısına ayaqla zərbə vurmaqla çıxan Hüseynov soyunub-geyinmə otağına yollanarkən hamının gözü qarşısında üzünü fəxri tribunada qarşılaşmanı klub prezidentləri ilə birgə izləyən AFFA Hakimlər Komitəsinin sədri, eyni zamanda sözügedən qarşılaşmanın hakim-inspektoru Xaqani Məmmədova tutaraq çox sərt şəkildə “Görürsən neyniyir? Bax belə hakimlik eləyirlər e. Niyə ona ikinci "sarını" göstərmədi, mənə dərhal göstərdi, hə? Görmürsən bunları?!” - deyib (Ramal böyük ehtimalla “Neftçi”nin kapitanı Zaur Tağızadəni nəzərdə tuturdu. Tağızadə hesabında bir “sarı vərəqə” ola-ola iki dəfə rəqib futbolçuya qarşı kobudluq etsə də, hər iki halda Rövşən Əhmədov onu bağışladı – red).

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı