Coko Haciyevski: “Bu qələbə kənardan klubumuza təsir etmək istəyənlərə layiqli cavab oldu”

Coko Haciyevski: “Bu qələbə kənardan klubumuza təsir etmək istəyənlərə layiqli cavab oldu”
ÖLKƏ FUTBOLU 20 Sentyabr 2009 / 22:05 2123
-  A +

“Biz də əvvəllcədən bilirdik ki, oyun çətin keçəcək. Çünki futbolçularımızda psixoloji durujm yerində deyildi. Üstəlik yaydan bu yana davam edən uğursuzluqlar da onlara təsir etmişdi. Amma bugünkü qələbə ilə bu “zolaqdan” çıxdığımızı düşünürəm. İnanıram ki, bundan sonrakı qarşılaşmalarımız daha asan keçəcək”. Qol.Az-ın məlumatına görə, bu sözləri bu gün Azərbaycan Premyer Liqasının V turunda “Olimpik-Şüvəlan”ı  məğlub edən “Bakı”ın baş məşqçisi Coko Haciyevski oyunsonrası təşkil olunan mətbuat konfransında deyib. Xalqımızı müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik etməyi də unutmayan makedoniyalı mütəxəssis kluba təsir etmək istəyən kənar qüvvələrə də mesaj göndərib: “Azərbaycan xalqını Ramazan bayramı münasibəıti ilə təbrik edirəm. Bu qarşılaşmanı komandamızın prezidenti Hafiz Məmmədov da izləyirdi və onun burada olması komandaya əlavə güc verdi. Bu qələbə kənarda kluba təsir etmək istəyənlərə layiqli cavab oldu. İnanıram ki, “Bakı” bundan sonra da uğurlu çıxışını davam etdirəcək”.

 

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı