Heç-heçə sevməyənlər və Siciliya görüşü

Heç-heçə sevməyənlər və Siciliya görüşü
ETOPAZ 29 Sentyabr 2014 / 13:29 3683
-  A +

İtaliya A seriyasında 5-ci tura bu axşam keçiriləcək 2 oyunla yekun vurulacaq. Hər iki qarşılaşma www.etopaz.az saytının proqramına "təkli oyun" kimi daxil edilib. Saat 22-də başlanacaq "Udineze" - "Parma" matçına həm də canlı mərc etmək olacaq. Bu komandalar arxada qalan 4 turda heç-heçə oynamayıb.

"Udineze"nin 3 qələbə, 1 məğlubiyyəti var, "Parma"da isə əksinə, 1 qələbə, 3 məğlubiyyət. Udine təmsilçisi bu mövsüm ən az qol buraxan 3 komandadan biridir - 2 top. 4 turda qapısında 10 qol görən "Parma" isə bu baxımdan A seriyasının bütün komandalarını qabaqlayır. Axşamkı qarşılaşma bu komandaların ümumilikdə 41-ci dueli olacaq. Arxada qalan görüşlərdən 17-də "Parma", 14-də "Udineze" qalib gəlib. 9 oyunda heç-heçə qeydə alınıb.

2000-ci ildən bu yana "Udineze"nin meydanında keçirilən bütün görüşlərdə qapılara azı 2 qol vurulub, əksər oyunlar isə "üst" bitib". "Parma" son 3 səfər matçında bu komandaya qalib gələ bilməyib. Tərəflərin bu dəfəki qarşılaşması üçün www.etopaz.az cəlbedici əmsallar təklif edir: "Udineze"nin qələbəsi 2.0, heç-heçə 3.2, "Parma"nın qələbəsi 2.95. Canlı mərc zamanı isə əmsallar oyunun gedişindən və hesabdan asılı olaraq tez-tez dəyişəcək.

"Udineze" - "Parma" matçı başa çatdıqdan təxminən 10 dəqiqə sonra A seriyasında 5-ci turun son oyunu başlyacaq. Gecə saat 12-də start götürəcək görüşdə çempionata uğursuz başlayan "Palermo" ilə "Latsio" üz-üzə gələcək. Siciliya klubu bu mövsüm hələki qələbə qazanmayıb. Aktivində 3 heç-heçə, bir məğlubiyyət olan "Palermo" 16-cı, 3 oyunda uduzub, yalnız bir qələbəsi olan "Latsio" isə 18-ci sıradadır. Hər iki komanda axşamkı qarşılaşmaya "zirzəmi"dən uzaqlaşmaq imkanı kimi baxır. Qalib tərəf 9-cu sırayadək yüsələcək. Tərəflərin Siciliyada baş tutan son 8 duelindən 6-sı "üst" bitib. www.etopaz.az saytının öz müştərilərinə "təkli oyun" kimi təklif etdiyi bu matçın əmsalları belədir: "Palermo"nun qələbəsi 2.8, heç-heçə 3.2, "Latsio"nun qələbəsi 2.1.

Bu görüşlərdən başqa İngiltərə premyer liqasının gecə saat 12-də başlanacaq "Stouk Siti"-"Nyukasl" qarşılaşmasına da www.etopaz.az saytında "tək oyun" olaraq mərc edə bilərsiniz. Əmsallar: "Stouk Siti"nin qələbəsi 2.0, heç-heçə 3.2, "Nyukasl"ın qələbəsi 2.95.
Təklif bizdən, dəyərləndirmək sizdən. Oynayın və qazanın!!!


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord