Oğul Diniyev də “Terek”i məğlubiyyətdən xilas edə bilmədi

Oğul Diniyev də “Terek”i məğlubiyyətdən xilas edə bilmədi
XƏBƏR 20 Sentyabr 2009 / 13:58 1693
-  A +

Milli komandamızın keçmiş baş məşqçisi Şahin Diniyevin çalışdırdığı “Terek”in əvəzedicilərdən ibarət komandası Rusiya çempionatında növbəti oyununu keçirib. Qol.Az-ın məlumatına görə, Qroznı təmsilçisi səfərdə “Amkar”ın qonağı olub. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsiylə başa çatıb. “Terek”in heyətində yeganə qolu qarşılaşmanın 62-ci dəqiqəsində İslam Çuroyev vurub. Matçın sonlarına yaxın Şahin Diniyev məğlubiyyətdən qaçmaq üçün meydana oğlunu, 17 yaşadək futbolçulardan ibarət milli komandamızın da şərəfini qoruyan Kərimi buraxıb. Lakin oğul Diniyev də “Terek”i məğlubiyyətdən xilas edə bilməyib. Bununla da Diniyevin komandası ardıcıl üçüncü səfər oyununda xal qazana bilməyib. Bu məğlubiyyətdən sonra əvvəlki kimi 33 xalda qalan “Terek” yeddinci pillədəki mövqeyini qoruyub.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı