“Nəticədən yox, oyundan razı qaldım”

“Nəticədən yox, oyundan razı qaldım”
XƏBƏR 19 Sentyabr 2009 / 20:50 1797
-  A +

19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş İspaniya - Azərbaycan oyunundan sonra milli komandamızın baş məşqçisi Şamil Heydərov qarşılaşma haqda fikirlərini AFFA-nın rəsmi internet saytına deyib: “Rəqib qolları düşünülmüş kombinasiyalar nəticəsində deyil, müdafiəçilərimizin kobud səhvləri ucbatından vurdu. Nəticədən yox, oyundan razı qaldım. Hesab edirəm ki, oyunun nəticəsi belə olmamalı idi”.


Son xəbərlər