Portuqal futbolunun "əjdaha"sı və "aslan"ı üz-üzə

Portuqal futbolunun "əjdaha"sı və "aslan"ı üz-üzə
ETOPAZ 26 Sentyabr 2014 / 16:18 5764
-  A +

Portuqaliya superliqasının 6-cı turu möhtəşəm qarşılaşma ilə başlayacaq. Bu gecə Bakı vaxtı ilə saat 00:15-də başlyacaq matçda Portuqaliyanın 3 ən məşhur klubundan ikisi - "Sportinq"lə "Portu" qarşılaşacaq.

Hər iki komandanın gücünə, səviyyəsinə, qazandığı titullara uyğun ləqəbləri var: "Portu" klubu "əjdahalar", "Sportinq" isə "aslan" adlandırılır. Rəqiblər yeni mövsümə də pis başlamayıb. Arxada qalan 5 turda bu komandalar məğlub olmayıb. Sadəcə, "Sportinq"də heç-heçələrin sayı daha çox olduğundan (3) lissabonlular 9 xalla 6-cı yerdə qərarlaşıb. "Portu" isə 11 xalla 3-cü sıradadır və lider "Benfika"dan 2 xal geri qalır. "Sportinq" ev oyunlarında xüsusən təhlükəli olur. Təsadüfi deyil ki, komanda doğma azarkeşlər önündə keçirdiyi son 22 matçdan yalnız birində məğlub olub. Hətta "Portu" kimi nəhəng komanda da "Joze Alvalade" arenasına son səfərlərində ciddi problemlərlə üzləşir.
 
"Portu" 2008-ci ildən bu yana səfərdə "Sportinq"i uda bilmir (3 məğlubiyyət, 5 heç-heçə). "Əjdahalar" Lissabondakı son 4 dueldə isə ümumiyyətlə "Sportinq"ə qol vura bilməyib. Görək, Portuqaliya futbolunun "əjdaha"sı ilə "aslan"ının bu dəfə dueli necə nəticələnəcək? Bu maraqla qarşılaşmaya www.etopaz.az saytında"tək oyun" olaraq mərc etmək mümkündür. Əmsallar: "Sportinq Lissabon"un qələbəsi 2.45, heç-heçə 3.15, "Portu"nun qələbəsi 2.35.

Bu matçdan başqa İspaniya La Liqasının gecə saat 12-də başlanacaq "Elçe"-"Selta" görüşünə də www.etopaz.az saytında "tək" mərc edə bilərsiniz. Unutmayın, www.etopaz.az  rahat qazanc deməkdir. Oynayın və qazanın!!!


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı