Tura "tək oyunlar"la yekun vurulur

Tura "tək oyunlar"la yekun vurulur
ETOPAZ 25 Sentyabr 2014 / 13:38 3006
-  A +

Həftəiçi Avropanın aparıcı futbol liqalarında start götürən növbəti çempionat qarşılaşmalarına bu axşam keçiriləcək oyunlarla yekun vurulacaq. Həm İtaliya A seriyası, həm İspaniya La Liqası, həm də Fransanın Liqa-1-də turun son görüşlərinə www.etopaz.az saytında "tək oyun" olaraq mərc edə bilərsiniz.

Bugünkü proqramda ilk "təkli oyun" İspaniya La Liqasının 5-ci turunun "Espanyol" - "Qetafe" qarşılaşmasıdır. Hər iki komanda mövsümə uğursuz başlayıb. "Espanyol" 19-cu, "Qetafe" 18-ci yerdə qərarlaşıb. "Qetafe" bu mövsüm 4 oyunda cəmi 2 qol vurubsa, Kataloniya təmsilçisi hər görüşdə fərqlənir.

Sadəcə arxa xəttin bərbad oyunu "Espanyol"un xal itkilərinə səbəb olur. Komandaların öz aralarında keçirdiyi son 6 duelin hamısı "alt" bitib. Saat 23-də başlanacaq bu dəfəki qarşılaşmaya www.etopaz.az saytında bu əmsallarla mərc edə bilərsiniz: "Espanyol"un qələbəsi 1.55, heç-heçə 3.5, "Hetafe"nin qələbəsi 4.5.

Gecənin digər "təkli oyun"u İtaliya A seriyasında 4-cü turun yekun görüşü - "Latsio"-"Udineze" matçıdır. Arxada qalan 3 turdan sonra "Latsio" 14-cü, "Udineze" isə 7-ci sıradadır. Bununla belə, romalılar axşamkı duelin favoriti sayılır. Hər halda statistika da "Latsio"nun xeyrinədir. "Udineze" "Stadio Olimpiko"ya son 5 səfərin 4-də uduzub və yalnız birində heç-heçə oynaya bilib. Əksər oyunlar isə "üst" nəticələnib.
Tərəflərin bu axşam saat 23:45-də başlanacaq növbəti duelinə www.etopaz.az saytında mərc edə bilərsiniz. Əmsallar: "Latsio"nun qələbəsi 1.65, heç-heçə 3.4, "Udineze"nin qələbəsi 4.0.
Fransa Liqasında 7-ci turun son matçı Bakı vaxtıyla gecə saat 12-də başlayacaq. Avroliqada "Qarabağ"ın rəqiblərindən olan "Sent Etyen" turnir cədvəlindəki qonşusu "Bordo"nu qəbul edəcək. Hər iki komanda 6 turdan 13 xal toplayıb və 3-4-cü yerləri bölüşdürür.

Tərəflərin öz aralarında keçirdiyi son 21 oyunun statistikası "Sent Etyen" üçün acınacaqlıdır: 3 qələbə, 9 heç-heçə və 9 məğlubiyyət. Amma digər tərəfdən "Qarabağ"ın rəqibi ardıcıl 15 matçdır öz meydanında uduzmur: 11 qələbə, 4 heç-heçə. "Bordo"nun bu mövsüm 4 oyunda qapısından qol buraxmadığını da nəzərə alsaq, bu görüşlə bağlı proqnoz vermək həqiqətən çətin görünür. Hər halda şansınızı yoxlamağa dəyər. www.etopaz.az saytında bu "təkli oyun"un əmsalları belədir: "Sent Etyen"in qələbəsi 1.9, heç-heçə 3.2, "Bordo"nun qələbəsi 3.2.
Futbol keyfinini www.etopaz.az ilə yaşayın, burada həm həyəcan, həm də qazanc var. Bol şanslar!!!

 


Son xəbərlər