Kaxaber Sxadadze: “Əsas olan gözəl oyun yox, qələbə qazanmaqdır”

Kaxaber Sxadadze: “Əsas olan gözəl oyun yox, qələbə qazanmaqdır”
ÖLKƏ FUTBOLU 19 Sentyabr 2009 / 19:41 2011
-  A +

“Meydançanın vəziyyəti bərbad idi. Bu da oyunumuza mənfi təsir göstərdi”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Turan”la oyunsonrası mətbuat konfransında “İnter”in baş məşqçisi Kaxaber Sxadadze deyib. Gürcü mütəxəssis bildirib ki, onlar üçün əsas gözəl oyun yox, 3 xaldır: “Amma futbolçularımdan razı qaldım. Onlar meydanda layiqli mübarizə apardılar. Bizə qələbə lazım idi ki, ona da nail olduq. İndiki halda bizim üçün nəticə gözəl oyundan daha önəmlidir. Eybi yox, bir o qədər də yaxşı oynamayaq, ancaq qalib gələk. Çünki komandamızın qarşısına böyük məqsədlər qoyulub. Bunun üçün də hər oyunda maksimum nəticə qazanmaılıyıq. Hesab edirəm ki, Tovuzdan heç də hər komanda 3 xal aparmağa qadir deyil. Amma biz buna nail olduq”.

Daha çox


Son xəbərlər