Jaba “Olimpik-Şüvəlan”a qarşı oynayacaq

Jaba “Olimpik-Şüvəlan”a qarşı oynayacaq
ÖLKƏ FUTBOLU 19 Sentyabr 2009 / 11:48 2284
-  A +

“Bakı” - “Simurq” oyununun tamamlanmasından sonra ikinci sarı və nəticədə qırmızı vərəqə alan Jabanın bir oyun oynamamaq cəzası qüvvədən düşüb. Qol.Az-a “Bakı”nın mətbuat xidmətindən verilən məlumata görə, ölkə çempionatının keçirilmə qaydalarına əsasən, komandaların iradəsindən asılı olmayan səbəblərdən yarımçıq qalan qarşılaşma baş tutmuş sayılır.
Premyer Liqanın birinci turundan təxirə salınan, sentyabrın 16-da isə şıddətli yağış səbəbi ilə 11-ci dəqiqədə dayandırılıan "Xəzər-Lənkəran" - "Bakı" oyunu qeydə alındığından Jabanın cəzası bitmiş hesab olunur. Bu isə o deməkdir ki, Premyer Liqanın reqlamentinə əsasən, braziliyalı forvardın cəzası başa çatmış sayılır və o, "Olimpik Şüvəlan" - "Bakı" qarşılaşmasında meydana çıxa bilər.

Daha çox


Son xəbərlər